Fransa mətbuatı: "Marsel" - "Qarabağ" matçında "Velodrom" tribunasının yarısı belə dolmayacaq

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matçı üçün bilet satışı davam edir.

Newsport.az xəbər verir ki, Fransa mətbuatı “Velodrom”dakı oyunda anşlaq olmayacağını iddia edib.

“La Provence” qəzetinin yazdığına görə, artıq 15 min bilet satılıb və oyun gününə kimi 20 min bilet satılmış olacaq: "Stadionun dolmayacağı dəqiqdi. Baxmayaraq ki, klub tribunada 52 minə yaxın insanın olmasını hədəfləyir. "Velodrom" stadionun tribunasının yarısı belə dolmayacaq".

“Marsel” – “Qarabağ” matçı 67 minlik tutumu olan “Velodrom” stadionunda yerli vaxtla 21:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right