Fransalı futbolçu: "Marsel" "Qarabağ" səviyyəsində oynasa, mərhələ keçəcək"

"Qarabağ" topla oynamağa və oyun qurmağa çalışır, amma "Marsel" onların səviyyəsində çıxış etsə, mərhələni keçəcək".

Newsport.az-ın məlumatına görə, bunu Kiprin "Omoniya" klubunun futbolçusu Erik Botyak "Laprovence" nəşrinə açıqlamasında deyib.

35 yaşlı fransalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı forma geyinib. H qrupunun görüşlərində Azərbaycan klubu Kiprdə 4:1 hesablı qələbə qazanıbsa, Bakıdakı görüşdə qələbəni son anda qaçırıb - 2:2.

Botyak pley-off mərhələsində həmyerliləri ilə qarşılaşacaq Azərbaycan təmsilçisi haqqında fikirlərini bölüşüb. Təcrübəli oyunçu Abdullah Zubiri "köhlən atlar"ın ən yaxşı futbolçusu hesab edib: "Zubir sol cinahda daha çox təhlükə yaradır. "Qarabağ" yaxşı komandadır. Amma digər oyunçularına da nəzər yetirdikdə, deyə bilərəm ki, "Marsel" bu rəqiblə görüşlərdə böyük çətinliklə üzləşməməlidir".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right