Tahir Gözəl: "Rövnəq Abdullayev mükafat söz verib"

"Qarabağ" gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla, hәr kәsi tәbrik edirәm. Çox sevinirәm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra deyib.

O, meydançanın ot örtüyü haqqında danışmaq istәmədiyini bildirib.

T.Gözəl  hazırda transferlә bağlı heç bir söhbәt olmadığını da vurğulayıb:

"Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk  xoş idi. Onu "şir" kimi görmәk məni sevindirdi. Əfranın ürәyimdә yeri var".

"Qarabağ"ın vitse prezidenti qrup mərhələsinə yüksəldikləri üçün futbolçulara xüsusi mükafat verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Bizim standart mükafatlarımız var. Rövnəq Abdullayev də mükafat söz verib. Gedib mükafatı alacağıq (gülür)".

T.Gözəl "Qәbәlә"yә Avropa Liqasında "Panatinaikos"la matçda uğurlar arzu edib:

"Bizdәn ilhamlanıb qrupa düşsünlәr".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right