Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 20:45-də başlayıb.

Püşk zamanı 32 komanda hərəsində 4 klub olmaqla 8 qrupa bölünüb. Türkiyəni yenə "Qalatasaray" klubu təmsil edib. Qazaxıstan çempionu "Astana" da "pley-off"da APOEL-i mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanıb. 

Qeyd edək ki, İspaniya Çempionlar Liqasını tarixində ilk dəfə olaraq 5 komanda ilə təmsil olunub. 



A qrupu:  PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Malmö" (İsveç)

B qrupu: PSV (Hollandiya), "Mançester Yunayted" (İngiltərə), CSKA (Moskva, Rusiya), "Volfsburq" (Almaniya)

C qrupu: "Benfika" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Qalatasaray" (Türkiyə), "Astana" (Qazaxıstan)

D qrupu: "Yuventus" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Münhenqladbax, Almaniya)

E qrupu: "Barselona" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Roma" (İtaliya), BATE (Belarus)

F qrupu: "Bavariya" (Almaniya), "Arsenal" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Dinamo" (Zaqreb, Xorvatiya)

G qrupu: "Çelsi" (İngiltərə), "Portu" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), "Makkabi" (Təl-Əviv, İsrail)

H qrupu: "Zenit" (Rusiya), "Valensiya" (İspaniya), "Lion" (Fransa), "Gent" (Belçika)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right