Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atılır YENİLƏNİR

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Püşkatma mərasimdə 20 komanda iştirak edib. Bunlardan 5-i – "Valensiya" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Leverkuzen, Almaniya), "Latsio" (İtaliya), "Sportinq" (Portuqaliya) mübarizəyə birbaşa pley-off mərhələsindən başlayacaq. Qalan 15 komanda isə III təsnifat mərhələsinin qalibləri olacaq. 

Təəssüf ki, bu mərhələdə Azərbaycan təmsilçisi iştirak etməyib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Seltik" isə pley-off mərhələsində İsveç çempionu "Malmö" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 18/19 avqust, cavab qarşılaşmaları isə 25/26 avqust tarixlərində keçiriləcək.

 


Çempionlar:
 
"Astana" (Qazaxıstan) - APOEL (Kipr)

"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)

"Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)

"Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)

BATE (Belarus) - "Partizan" (Serbiya)

 

Qeyri çempionlar:

"Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)

"Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya)

"Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Valensiya" (İspaniya) - “Monako” (Fransa)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right