"Məncə, biz mərhələni elə birinci oyunda uduzduq"-Rəşad Sadıqov MÜSAHİBƏ

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Seltik"lə görüşdən sonra Newsport.az-a müsahibə verib:

 

- "Qarabağ"a inam böyük olsa da, qələbə qazana bilmədiz. Nə baş verdi?
- Gərgin mübarizə şəraitində oyun getdi. Son saniyələrə mübarizə apardıq. Çox istəyirdik ki, qol vuraq. Amma alınmadı. Vura bilmədik, nə etmək olar. Qol vura bilmədik deyə, növbəti mərhələyə rəqib keçdi.

- Rəqib qapısı qarşısında çoxala bilmirdiz. Bu nə ilə bağlı idi? "Seltik" oynamağa imkan vermirdi?
-  "Seltik" elə komanda idi ki, çox da açılmaq olmurdu. Rəqibin heyəti ustalıq səviyyəsi yüksək olan oyunçulardan qurulmuşdu. Bu da görünürdü. Ona görə də böyük qüvvə ilə irəliyə getmək olmurdu. İrəliyə gedirdin, top itirirdin, görürdün ki, əks-hücumda təhlükəli olurdular.


- İlk yarıda Rayal Pupon ikinci hissədə isə Reynaldo irəlidə sanki tək qalmışdı...
- Birinci hissədə yaxşı oynadıq. İkinci hissə isə daha çətin keçdi. Çünki rəqib başladı pressinq tətbiq etməyə. Oynamaq çox çətinləşmişdi. Onlar da meydanın ot örtüyünün pis olduğunu bilirdilər. Hər halda oyuna nəzarət edirdik. Bircə qol çatışmırdı ki, onu da vura bilmədik.


- "Qarabağ" "Seltik" səddini niyə keçə bilmədi?
- Məncə, biz mərhələni elə birinci oyunda uduzduq. Çünki rəqib birinci oyunda çox təzyiq göstərirdi. İkinci hissədə isə oyunun tam nəzarəti bizə keçmişdi. 75-ci dəqiqədən sonra isə rəqib müdafiəyə tam çəkilmişdi. Eyni Bakıdakı ssenari gedirdi. Bir dənə o küncdən zərbə bütün oyunu, nəticəni korladı. Bakıdada gəldilər, müdafiədən oyunu qurub istədikləri nəticəni əldə etdilər. Fikrimcə, mərhələni ilk oyunda uduzduq.

 

- Qara Qarayev deyir ki, rəqib oyunçular futboldan başqa hər şeylə məşğul olurdular...
- Olur da, futboldu. Rəqib də bizə təsir etməyə çalışırdı.

- Qol vurmaq üçün ilk hissədə yaxşı imkanın oldu. Künc zərbəsindən sonra topu qapıya göndərə bilmədin...
- Hə, top tullana-tullana gəlirdi. Yerlə gəlsəydi, yaxşı zərbə vura bilərdim. Oyundan əvvəl məşqdə bunu çox məşq etmişdik. Yaxşı da zərbələr olurdu. Sadəcə burada top tullana-tullana gəlirdi deyə, ayağıma oturmadı. 


- Qazon deməli oyununuza təsir edib?
- Bu haqda heç danışmaq istəmirəm. Bunu bəhanə etmək istəmirəm. "Seltik" layiqli olaraq növbəti mərhələyə adladı.

- "Qarabağ" dörd oyunda cəmi bir qol vurub...
- Bu məsələ məni də düşündürür. Yəqin ki, hücumlar üzərində daha yaxşı işləmələyik. Paltardəyişmə otağında da bu haqda danışdıq. Daha yaxşı işləmək lazımdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right