Qara Qarayev: "Seltik" oyunçuları bizi "provakasiya"ya çəkirdilər" MÜSAHİBƏ

"Qarabağ"ın üzvü Qara Qarayev "Seltik"lə görüşdən sonra Newsport.az-a müsahibə verib:

 

- Matçla bağlı nə deyəcəksən?
- Oyuna yaxşı hazırlaşmışdıq. bilirdik ki, çətin olacaq. Evdə də yaxşı oynadıq. Ot örtüyünün vəziyyətinin bu cür vəziyyətdə olmasına baxmayaraq yaxşı oynadıq. "Seltik" düşündüyümdən də zəif oynadı. Futbolçularının hərəkəti heç xoşuma gəlmədi.


- Elə tez-tez rəqib oyunçularla mübahisə baş verirdi...
- "Seltik" oyunçuları meydanda futboldan başqa hər şey məşğul idilər. "Provakasiya" edirdilər.-Əsasən də kapitanları. "Seltik"ə oyundan əvvəl simpotiyam var idi. Bu oyunda uduzduğumuza görə deyil, oyunçularının o cür hərəkətlərinə görə artıq heç vaxta "Seltik"ə zərrə qədər də azarkeşlik etmərəm. 


- Nə edirdilər?
- Oyunun gedişində vururdular durduq yerdə. Bizim oyunçular səhv ötürmə verəndə, gəlib yanımda bizə gülürdülər, ondan danışırdılar. Belə "provakasion" sözlər deyirdilər.


- Qazonun durumu yaxşı deyildi. Bu sizin oyununuza mənfi təsir göstərdi?
- Bəli, meydanın vəziyyəti də oyunumuza təsir etdi. Bu gün "Seltik" və meydançaya qarşı oynadıq. Buna baxmayaraq hücumlar yaratdıq, qol vəziyyətlərimi oldu. Amma bu cür ot örtüyündə bundan artığını etmək olmazdı. Amma yenə də yaratdıq. Neyləmək olar? Atmosfer də yaxşı idi. Yaxşı oynadıq.  Sağolsunlar, azarkeşlər sona kimi bizi dəstəklədilər. Şotlandiyada üç amilə qarşı oynadıq- stadion, azarkeş və "Seltik". Amma burada tam əksinə oldu. Öz meydançamızdan xeyrimizə istifadə edə bilmədik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right