"Bu gün komandamdan çox razı qaldım”– Tahir Gözəl

"Təəssüf ki, alınmadı. Ancaq unutmayaq ki, qarşımızdakı klub "Barselona"nı 2012-ci ildə udna komanda idi. "Mançester Yunayted"dən, Hollandiyadan futbolçuları olan komanda idi. "Qarabağ"la fəxr edirəm". 

Bu sözləri Newsport.az-a açıqlamasında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Seltik”lə oyundan sonra deyib.

Klub rəsmisi yeni transferlərin tənqid olunmasını düzgün hesab etmədiyini bildirib:

“Onların oyunundan da razı qaldım. Bu futbolçulara verilən pula görə təəssüflənmirəm. Onlar oyundan-oyuna komandaya uyğunlaşacaq. Tədircən daha güclü bir “Qarabağ” görəcəksiniz. Bu gün komandamdan çox razı qaldım”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right