Qurban Qurbanov: "Meydanda zəif oyunçu görmədim"

"İstərdim qalib gələk. Ancaq yüksək səviyyəli komandaya qarşı oynadıq".
 
Newsport.az-ın məlumatına görə, bunu Şotlaniyanın "Seltik" klubu ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra keçirilən mətbuat konfransında yerli mütəxəssis bunları bildirib: "Meydanda zəif oyunçu görmədim. Hər halda "Seltik" kimi rəqibə qarşı oynayırdı. Demək olar ki, hamısı öz işini bacardı. Amma nəticədən razı qalmadım. Belə meydanda oynamağımıza baxmayaraq, yaxşı idi. Ola bilər ki, komandada hər hansı çatışmazlıqlar var. Ancaq əlimizdə olan hər bir futbolçudan maksimum yararlanmağa çalışırıq. Mən heç bir halda komandamı zəif hesab etmirəm".
 
Q.Qurbanov komandanı dəstəkləyən azarkeşlərə minnətdarlığını dilə gətirib: "Bizim azarkeşlər heç də "Seltik" azarkeşlərindən geri qalmadı. Onların hər birinə çox sağ ol deyirəm ki, bizi dəstəklədilər".
 
"Qarabağ" həm avrokubok, həm də ölkə çempionatında oynayır. Bu baxımdan yeni legionerləri komandadan göndərmək fikrimiz yoxdur" - deyə Q.Qurbanov deyib.
 
Yerli mütəxəssis "Qarabağ"ın avrokuboklarda son 6 oyunda qələbəyə həsrət qalmasını isə belə izah edib: "Düşünürəm ki, azarkeşlər oyundan razı qaldı. İstəmədiyim şey azarkeşlərə məğlubiyyət yaşatmaqdır. Qələbəyə gəlincə, biz bunun yollarını axtarırıq.Nəticə vermək üçün meydana çıxırıq, alınmırsa, demək qismətdə yoxdur".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right