"Seltik"in baş məşqçisi:"Bəzi məqamlarda rəqibi cəzalanıra bilərdik"

"Komandamdan razı qaldım. Çünki istədiyim kimi oynadılar və komanda ruhunu ortaya qoydular. Bəzi məqamlarda rəqibi cəzalanıra bilərdik. Ancaq hava və əlverişsiz meydan amili buna imkan vermədi".
 
Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"la oyundan sonra Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla deyib.
 
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi bunları bildirib: "İstədiyimiz nəticəni qazandıq. Futbolçular ötən illə müqayisədə daha yaxşı çıxış edir. "Qarabağ" da yaxşı komandadır. Ancaq üstünlüyümüzü Avropada davam etdirmək istəyirik".
 
R.Deyla Çempionlar Liqasında yola davam edəcəklərinə ümid etdiyini söyləyib: "istərdik ki, növbəti mərhələdə zəif komandalarla qarşılaşaq. Deyə bilərəm ki, "Qarabağ" da Avropa komandasıdır və heç də zəif deyil. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right