APOEL və "Monako" "pley-off"da, "Ayaks" dayandı YENİLƏNİB

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 

Newsport.az-ın məlumatına görə, baş tutan 4 oyundan sonra "pley-off"a vəsiqə qazanacaq dörd komandanın kimliyinə aydınlıq gəlib. 

Kiprdə APOEL “Midtilland”nı (Danimarka) qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk oyunda 2:1 hesabı ilə qalib gələn Kipr klubu növbəti mərhələyə adlayıb.  “Molde” (Norveç) 
“Dinamo”nu (Xorvatiya) qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb. Bu hesab “Dinamo”nu “pley-off”a yüksəldib.  

"Ayaks" öz meydanında "Rapid"ə (Avstriya) uduzaraq (2:3) mübarizəni dayandırıb. "Monako" isə "Yanq Boyz"a (İsveçrə) dörd cavabsız qol vuraraq “pley-off”a vəsiqə qazanıb. 

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan oyunları bu gün keçiriləcək. Turnirdə yeganə təmsilçimiz "Qarabağ" öz meydanında "Seltik"i (Şotlandiya) qəbul edəcək.

 


4 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları

22:00. APOEL (Kipr) - “Midtilland” (Danimarka) - 0:1 
Qol:
 Sviatçenko, 3 (0:1)
İlk oyun - 2:1

22:00. “Molde” (Norveç) - “Dinamo” (Xorvatiya) - 3:3 
Qollar:
 Pjaca, 17 (0:1), Ademi, 20 (0:2), Roq, 23 (0:3), Hussain, 43 (1:3), Elyonuonessi, 52 (2:3), Kamara, 75 (3:3)
İlk oyun - 1:1

23:15. "Ayaks" (Hollandiya) - "Rapid" (Avstriya) - 2:3 
Qol:
 Beriç, 12 (0:1), Şaub, 39, (1:1),  Milik, 53 (2:1), Qudelj, 75 (2:2),  77 (2:3)
İlk oyun - 2:2

23:45. “Monako” (Fransa) - “Yanq Boyz” (İsveçrə) - 4:0 
Qol: 
Kavalyero, 54, Kurzava, 64, Martial, 70, El Şaaravi, 77
İlk oyun - 3:1

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right