Nadir Çiftçi: Həm"Qarabağ"a, həm də istiyə hazır olmalıyıq

Şotlandiyanın "Seltik" klubunun hücumçusu Nadir Çiftçi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Mən Türkiyədə anadan olmuşam. Amma Azərbaycanda heç vaxt olmamışdım. Cavab oyunu öncəsi əhval-ruhiyyəmiz yaxşıdır. Çünki ev oyununda 1:0 hesabıyla qalib gəlmişik. Artıq cavab oyununu gözləyirik. İsti olacağını bilirik. Amma biz həm istiyə, həm də "Qarabağ"a qarşı tam hazır olmalıyıq. Rəqibin necə yaxşı komanda olduğunu görmüşük".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right