Qurban Qurbanov: Seltikə qarşı sonadək mübarizə aparacağıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi (ilk oyun 0:1) mətbuat konfransında fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:

- Qonaq və yerli jurnalistləri salamlayıram. Şotlandiyada bizə qarşı həm azarkeşlər, həm də "Seltik" tərəfindən çox yaxşı münasibət vardı. Sabah bizi yaxşı rəqibə qarşı çox vacib oyun gözləyir. Şotlandiya futbolundan danışanda ağıla ilk gələn standart vəziyyətlər olur. Amma indi "Seltik" daha çox kompleks futbola üstünlük verir. Bu oyunun nə qədər böyük məsuliyyətə malik olduğunu da başa düşürük. Hazırda üstünlük rəqibin tərəfindədir. Amma biz görüşün nəticəsini dəyişəbilərik. Fikrimcə, futbolçularımız azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər. Sonadək mübarizə aparacağıq.

- Qazonun keyfiyyəti barədə nə deyə bilərsiniz?
- Bu barədə danışılası heç nə yoxdur. Belə problemlər olur. Meydana çıxıb, ən yaxşı oyunumuzu göstərmək istəyirik. Qazonla bağlı problem daha sürətli və gözəl futbol oynamağımıza mane ola bilər. Amma biz ələ düşən şanslardan maksimum yararlanmağa çalışacağıq.

- "Qarabağ"ın yerlə, qısa ötürmələrlə oynadığınızı nəzərə alsaq, qazona görə bu oyunda taktikanızı dəyişəcəyinizi demək olar?
- Başqa variantımız yoxdur. Hədəfimizə çatmalıyıq. Ola bilər ki, nələrisə dəyişək. Amma bu, ancaq yaxşıya doğru bir dəyişiklik olacaq.

- Hesabı açdıqdan sonra ehtiyatlı oynamaq daha yaxşıdır, ya iki qol vurmağa çalışmaq?
- Baxacağıq. İlk qolu vuraq, sonrasına baxarıq. Əsas qol buraxmamaqdır. Qol vurmaqla yanaşı qol buraxmamaq barədə də düşünməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right