"Qarabağ" Azərbaycanın reytinq xalını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

 

Newsport.az-ın məlumatına görə, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

 

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

 

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib. Ölkə 24.475 xalı olan Yunanıstanı qabaqlayıb.

 

Qeyd edək ki, "Viktoriya" və "Qarabağ" arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki "Dusan Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right