Qurban Qurbanov: "Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə..."

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik”lə cavab oyununun oynanılacağı Respublika stadionuna baxış keçirib.

Newsport.az supersport.az-a istinadən xəbər verir ki, mərkəzi arenaya gədən təcrübəli mütəxəssis açıqlamasında bildirib:

"Meydançanın durumu haqda düşünmürük, xeyirlisi belədir. Hər iki komanda üçün eyni şərait olacaq. Əvvəlki günlərlə müqayisədə irəliləyiş var. Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə də, xeyli düzələr".

Qeyd edək ki, Respublika stadionunun ot örtüyü hazırda yaxşı vəziyyətdə deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right