“Qarabağ” çox keyfiyyətli rəqibdir”

Çexiyanın “Viktoriya” (Plzen) komandasının keçmiş baş məşqçisi Roman Pivarnik “Qarabağ”la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Pivarnik “İsport”a açıqlamasında “Qarabağ”ın çox keyfiyyətli komanda olduğunu deyib:

“Qarabağ” çox keyfiyyətli rəqibdir”.

55 yaşlı mütəxəssis 2016/2017 mövsümündə “Viktoriya”nın baş məşqçisi kimi “Qarabağ”ı mübarizədən kənarlaşdırdıqları 3-cü təsnifat mərhələsinin oyunlarını yada salıb:

“Bu, çox gözəl xatirələrdir. Səfər oyunundan sonra mərhələ adlamışdıq. Rəqib burada yetərincə qiymətləndirilmirdi. Amma “Qarabağ” çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komanda idi.

Plzendəki ilk matçda Yan Baranek meydandan qovulmuşdu və görüşü 10 nəfərlə başa vurduq. Bakıda 1:1 hesablı heç-heçə qeydə alındı və səfər qolu sayəsində mərhələ adladıq”.

Bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah