Çempionlar Liqası: Emrelinin komandası səfərdə məğlub oldu, "Trabzonspor" "Kopenhagen"lə bacarmadı Yenilənib

Çempionlar Liqasının pley-off mərhələsinin ilk günündə üç matç keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Bodo Qlimt”lə qarşılaşıb. Matç Norveç klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli 69-cu dəqiqədə Mislav Orsiçin əvəzinə meydana daxil olub.

Türkiyə çempionu “Trabzonspor” isə Danimarkada yerli “Kopenhagen”ə uduzub.

Günün ən çox qol vurulan matçı isə Şotlandiyada olub. Belə ki, “Reyncers” PSV ilə 2:2 hesablı bərabərliyə razı olub.

“Bodo Qlimt” – “Dinamo” (Zaqreb) 1:0
Qol:
Pelleqrino 37

“Reyncers” – PSV 2:2
Qollar:
Çolak 40, Laurense 70 – Sanqare 37, Obispo 70

“Kopenhagen” – “Trabzonspor” 2:1
​Qollar:
Klaesson 9, Lerager 48 – Bakasetas 79

Cavab matçları bir həftə sonra baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah