"Cavab görüşündə ehtiyatlı oynamalıyıq" - Ansi Aqolli

"Seltik Park"da bacarığımızı nümayiş etdirdik. Oyuna nəzarət etdik və yaxşı oynadıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.

Ağdam klubunun legioneri Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Seltik"ə hörnət etdiyini deyib:

"İlk görüşdə oyuna diktə etdik. Lakin qol imkanlarını boşa verdik. "Seltik" təhlükəli idi. Ancaq biz də onlardan geri qalmırdıq. Cavab görüşündə ehtiyatlı oynamalıyıq".

Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right