"Ferentsvaroş"u keçəcəyimizə əminəm" - "Qarabağ"ın futbolçusu

"Qarabağ"ın futbolçusu Filip Ozobiç "Matç" TV-yə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab oyunundan əvvəl rəqib komandanın baş məşqçisi Stanislav Çerçesovla münasibətindən bəhs edib:

"Çerçesovdan gəncəm və ona hörmət etməliyəm. Onunla tanışlığıma şadam. Bakıdakı ilk oyundan sonra bir az danışdıq.

Çempionlar Liqasında irəliləmək istəyirəm. Bu, hər futbolçunun xəyalıdır. "Ferentsvaroş"u keçəcəyimizə əminəm".

"Ferentsvaroş" - "Qarabağ" oyunu saat 22:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah