Öncə Qurbanov, sonra Deyla

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qaraba" (Azərbaycan) - "Seltik" (Şotlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 

Newsport.az-ın məlumatına görə, avqustun 4-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov  20:30-da media mənsublarının önünə çıxacaq.

"Seltik"in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyunqabağı son çalışması 21:30-da baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması Avqustun 5-i, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right