ÇL-də 3-cü mərhələyə yekun vurulur Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 

 

Newsport.az-ın məlumatına görə, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşəcək. 

 

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gələcək. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. 

 

Moldova "Şerif"i Çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olacaq. Kişineudakı ilk qarşılaşmada "Şerif" 1:2 hesabı ilə uduzub. Bu cütün qalibi pley-offda "Qarabağ" - "Ferentsvaroş" duelinin güclüsü ilə görüşəcək. 

 

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkəcək. Zaqreb klubu ilk matçda qalib gəlib - 2:1. "Dinamo" mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) - “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək. 

 

UEFA Çempionlar Liqası 

cavab oyunları

20:00. "Jalgiris" (Litva) - “Budyo Qlimt” (Norveç)

İlk oyun - 0:3

21:00. “Apollon” (Kipr) - “Makkabi” (Hayfa, İsrail)

İlk oyun - 0:4

21:00. "Viktoriya" (Plzen, Çexiya) - "Şerif" (Moldova)

İlk oyun - 2:1

21:00. “Pünik” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya)

İlk oyun - 0:5 

21:45. "Midtüllann" (Danimarka) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:4 

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 1:1. 

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Lüdoqorets" (Bolqarıstan) 

İlk oyun - 2:1

22:30. PSV (Niderland) - "Monako" (Fransa)

İlk oyun - 1:1. 

22:30. “Şturm” (Avstriya) - “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun - 0:1 

22:45. "Reyncers" (Şotlandiya) -  "Yunion" (Belçika) 

İlk oyun - 0:2





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah