"Seltik"lə oyuna qədər stadionun ot örtüyü indikindən yaxşı olacaq"

"Çalışırıq ki, "Qarabağ" - "Seltik" matçına qədər stadionun ot örtüyü indikindən yaxşı olsun. Tam əla formaya gətirə bilməsək də, hazırkı vəziyyətindən yaşxı olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Football and Sports Management Ltd." şirkətinin icraçı direktoru Fərman Əlizadə deyib.

Avqustun 5-də mərkəzi arenada UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkə çempionu "Qarabağ" Şotlandiya "Seltik"ini məhz bu arenada qəbul edəcək. Lakin stadionun ot örtüyü olduqca bərbad vəziyyətdədi. 

Şirkət rəsmisi qazonun yararsız vəziyyətə düşməsini belə izah edib:

"Bildiyiniz kimi son zamanlar isti havalar hökm sürür. Məhz bu cür isti havalar qazonun da vəziyyətinə təsir edir. Bilirsiniz ki, yay başlayan kimi, ölkənin bütün stadionlarında qazonun yeni mövsümə hazılanması ilə bağlı işlər aparılır. Mərkəzi arenada bu işlərə vaxtında start verə bilmədik. Çünki arena məşğul idi. Lakin qarşıdakı "Qarabağ" - "Seltik" matçına kimi qazonu normal vəziyyətə gətirməyə çalışcağıq. Əlimizdən gələni edəcəyik ki, qazon mümkün qədər yaşxı vəziyyətdə olsun".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right