"Ferentsvaroş"un rəhbəri "Qarabağ"la oyun haqda paylaşım etdi Foto

"Ferentsvaroş"un prezidenti Qabor Kubatov instaqram hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, Macarıstan klubunun rəhbəri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşü öncəsi futbolçularına səslənib:

"Yaşıl qartallar uçmaq zamanıdır. Çərşənbə axşamı saat 20:00-da “Ferentsvaroş” – “Qarabağ” matçı var. İrəli uşaqlar, mübarizə aparıb, davam etmək zamanıdı".

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasında ikinci görüş avqustun 9-da Bakı vaxtilə 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right