"Qarabağ" "Seltik"lə matçın bilet satışını dayandırıb, bəyanat yaydı!

"Qarabağ" futbol klubu "Seltik"lə matça 3 gün qalmış bəyanat yayıb.

Newsport.az sizi yayılan bəyantla tanış edir:

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Seltik" qarşılaşmasının biletləri bu gün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən "Qarabağ" FK tərəfindən kassalar bağlanmış, hüquq-mühafizə orqanlarına müraciət edilmiş və qeyri-leqal satışla bağlı tədbir görülmüşdür.

Sabah səhərdən etibarən satış yenidən bərpa olunacaq. "Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right