"Səfərə sərfəli nəticəylə yollanırıq, ancaq Bakıda işimiz çətin olacaq"-"Seltik"in futbolçusu

Şotlandiya Premyer Liqasının ilk turunda evdə "Ross Kaunti"ni 2:0 hesabıyla məğlub edən "Seltik"in matçdakı 2-ci qoluna imza atan Stefan Yohansen oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan norveçli yarımmüdafiəçi "Qarabağ"la qarşıdakı oyunla bağlı da fikirlərini bildirib:

"Birinci hissədə çox yaxşı oynadıq. İlk dəqiqlərdə fərqlənməyimiz yaxşı oldu. Bundan sonra rəqibə təzyiqi davam etdirərək, ikinci qolu vurduq. İkinci hissədə o qədər də yaxşı oynamasaq da, bizim üçün əsas olan 3 xalı qazanmağı bacardıq. Mövsümə qələbəylə başlamaq yaxşıdı, ancaq bizi qarşıda uzun marafon gözləyir. O ki qaldı qol vurmağıma, müdafiəyəmeylli oynayanda fərqlənmək çətin olur. Komanda hücumda olanda isə fərqlənmək üçün daha çox şans qazanırsan.

Bu qələbəni Çempionlar Liqasının "Qarabağ"la oyunundan öncə qazanmağımız yaxşı oldu. İndi çərşənbə günü Bakıda baş tutacaq oyuna rahat hazırlaşa bilərik. Biz səfərdəki oyunda mütləq fərqlənməliyik. Qolu kimin vurmasının fərqi yoxdu. Əsas odu ki, mərhələni keçək. Evdə üzərimizə düşən əsas vəzifənin öhdəsindən gəldik. Biz səfərə sərfəli nəticəylə yollanırıq, ancaq orda işimiz çətin olacaq".

"Qarabağ" - "Seltik" matçı avqustun 5-də, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandalar arasında Qlazqoda keçirilmiş ilk oyun şotlandların 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right