"Qarabağ" - "Seltik" oyunu üçün biletlər satışa çıxarıldı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" matçının biletləri satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, biletlərin qiymətləri aşağıdakı kimidir:

Qiymətlər:
13,14,15,16 sektor - 10 AZN

12 və 17 sektor - 8 AZN

11 və 18 sektor - 6 AZN

10 və 19 sektor - 5 AZN

8,9 və 20,21 Sektor - 3 AZN

5-7, 22-24 sektor - 2 AZN

1-4 , 25-27 sektor 1 AZN

29 və 38 Sektor 10 AZN

VİP- 50 AZN

Ötən qarşılaşmada biletlərin qeyrli-leqal dövriyyəsinin qarşısı almaq üçün biletlərin mərhələli satışı həyata keçirilmişdi. Bu dəfə isə qiymətlər sektorlar üzrə fərqli olduğuna görə kassalarda sərbəst satış həyata keçiriləcəkdir. Bu səbəbdən kassaya yaxınlaşıb istədiyiniz yerə bilet ala bilərsiniz.

Bir daha xatırladırıq ki, qısa zamanda kassaya yaxınlaşıb bilet almağınız daha uyğundur. Qarşılaşmaya olan marağı nəzərə alaraq 30 000 biletin erkən tükənmə ehtimalı yüksəkdir. Ona görə kassaya yaxınlaşın və biletinizi almağa tələsin.

Kassaların çalışma saatları:

10:00 – 20:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right