Avroliqa matçı yarımçıq dayandırıldı

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçirilən Kukesi” (Albaniya) - “Legiya” (Polşa) görüşündə qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, Albaniyada keçirilən matçda meydan sahiblərinin etdiyi hərəkət səbəbindən matç yarımçıq dayandırılıb. İkinci hissənin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb.

Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb.  Görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, həmin ana qədər “Legiya” 2:1 hesabı ilə öndə idi. Baş verən insidentə görə meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.  Alban klubunun hətta yarışdan uzaqlaşdırılacağı da istisna edilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right