Cavid Hüseynovun ədəbsiz jestinin səbəbi bilindi FOTOLAR

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Apollon" - "Qəbələ" matçı bir sıra məqamlarla yadda qalıb.

Newsport.az-ın məlumatına görə, ikinci hissədə "Apollon"un qapısı arxasında yerləşdirilən Azərbaycan bayrağının cırılması diqqətdən yayınmayıb.

Lakin "Qəbələ"nin kapitanı Cavid Hüseynov kiprli azarkeşlərin bu hərəkətini cavabsız qoymayıb. O, 95-ci dəqiqədə penaltidən vurduğu bərabərlik qolundan sonra Azərbaycan bayrağının cırılmasına etiraz əlaməti olaraq "Apollon" azarkeşlərinə ədəbsiz jest edib. Onun bu hərəkətindən sonra kiprli azarkeşlər meydana yad əşyalar atıb.

Qeyd edək ki, "Apollon" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.(Qol.Az)





 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right