"Seltik"in baş məşqçisi: "Buna nail olduğumuz üçün xoşbəxtəm"

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələn "Seltik"in baş məşqçisi Ronni Deyla matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri səsləndirib:

"Düşünürəm ki, yaxşı oyun alındı. Meydanda iki yaxşı komanda var idi. Şadam ki, top buraxmadan bir qol vuraraq qalib gəldik. Qol vurmaq üçün çox çalışdıq. Buna nail olduğumuz üçün xoşbəxtəm".

Qeyd edək ki, "Qarabağ" və "Seltik" arasında cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right