"Bu hesab sırf "Qarabağ"ın yüksək keyfiyyətli oyun sərgiləməsilə bağlı idi "

Polşanın "Lex" klubu Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

- Öncə "Qarabağ"ı təbrik etmək istəyirəm. Biz də qələbə qazama bilərdik bilərdik. Amma  İlk dəqiqədə vurduğumuz qol istisna olmaqla heç nə uğurlu olmadı bizim üçün. Bu qoldan sonra səhvlər axşamı idi. Təəssüf ki, hakim səhvləri var idi. Ən azından üç məqamda ofsayd qeydə almadı. Bu da gedişata təsir etdi. Amma bu, bəhanə olmadı. "Qarabağ" çox yaxşı oynadı. Bizim üçün yaxşı gecə deyildi.

- 1:5 hesablı məğlubiyyət komandanızda şok effekti yaratdı? 

- Ağır məğlubiyyət oldu. Təcrübəmizdə belə məğlubiyyət olmayıb. Bir çox nüanslar var. Bu hesab sırf "Qarabağ"ın yüksək keyfiyyətli oyun sərgiləməsilə bağlı idi.

- İlk oyundan sonra çoxları düşünürdü ki, doğru sistem seçmisiz deyə, qalib gəldiniz. Məğlubiyyətdə səhviniz nə qədərdi? 

- Hər hansı taktikadan, məşqçi səhvindən danışmaq istəməzdim. Ötən həftədəki taktikanı bu dəfə də etdik. Çünki, uğurlu hesab edirdik. Birinci yarıda da özünü göstərdi. Sadəcə sonradan düz getmədi. Bu isə "Qatabağ"ın çox keyfiyyətli oynaması ilə bağlı idi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah