"Qarabağ"ın yeni transferi Raydell Pupon Ağdam təmsilçisinin heyətində debüt edib.
Newsport.az-ın məlumatına görə, hollandiyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Seltik"lə ilk oyunda meydana çıxıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona matçın 87-ci dəqiqəsində şans verib. Pupon Alharbi Əl Jadeyaouini əvəzləyib.
Qeyd edək ki, bu dəqiqəyə olan nəticəyə görə "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzur.