"Matçın favoriti "Seltik"dir" – Qurban Qurbanov

"Seltik" böyük tarixi olan klubdur. Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var".

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Şotlandiya klubunun matçın favoriti olduğunu bildirib:

"Amma bu oyunda  istənilən nəticə qeydə alına bilər.  "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq".

Q.Qurbanov futbolçularının hər hansısa təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb:

"Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right