“Qarabağ" "Seltik"ə uduzdu YENİLƏNİB

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Avropa nəhənglərindən olan Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyir.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq.  Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmalıdır ki,  Bakıda keçiriləcək cavab matçında mərhələ adlamaq şanslarını saxlasın.

Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.  

 

29 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

 
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) 1-0

Qol: Boyata, 82 (1:0)
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right