"Lex"in kapitanı: "Qarabağ"la oyunu səbrsizliklə gözləyirəm"

"Lex"in kapitanı Mikael İshak Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la oyunundan əvvəl baş tutan mətbuat konfransında açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

"Sabahkı oyunu səbirsizliklə gözləyirəm. “Qarabağ”la Çempionlar Liqası oyunlarının arasında Polşa Super Kuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir oynayacağıq. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də Supek Kubok görüşləri asan deyil. Amma bunun öhdəsindən gələcəyimizə inanıram”.

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right