"Lex" "Qarabağ"la matça itkilərlə çıxacaq

"Lex" Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununa itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan əvvəl baş tutan mətbuat konfransında məlumat verib. O, müdafiəçi Bartoş Salamonun zədə, yarımmüdafiəçi Dani Ramiresin isə klubdan ayrılmaq istədiyi üçün matçı buraxacağını deyib.

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right