"Lex"in baş məşqçisi: "Qarabağ" həqiqətən çox yaxşı komandadı"

Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı baş tutub.

Newsport.az niderlandlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Rəqib bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq".

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right