“Lex” – “Qarabağ” oyunu canlı yayımlanacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Polşanın “Lex” komandası arasında keçiriləcək oyunlar canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu iyulun 5-də Polşada “Lex”in qonağı olacaq.

Bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı göstəriləcək. İyulun 5-də Poznan stadionunda keçiriləcək matça Bakı vaxtı ilə 22:00-da start veriləcək. Bu komandaların bir həftə sonra Bakıda keçiriləcək matçını da böyük ehtimalla bu telekanal canlı nümayiş etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right