"Fənərbaxça" "Şaxtyor"la bacarmadı, "Monako" və APOEL qalib gəldi YENİLƏNİB

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq. 

Günün ilk qarşılaşaması Rusiyada keçiriləcək. Moskvada CSKA klubu Çexiya çempionu "Sparta"nı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Maraq doğuran oyunlardan biri Türkiyədə baş tutacaq. Burada yerli "Fənərbaxça" klubu "Şaxtyor"la münasibətlərinə aydınlıq gətirəcək. Görüşün startı Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan oyunları sabah keçiriləcək. Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" Şotlandiyada "Seltik"in qonağı olacaq.

28 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları


“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1 
Qollar: 
Lujçik, 56-avtoqol, Vinikius, 89 (1:1)

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1 
Qollar: 
Henrikez, 18 (1:0), Kamara, 21 (1:1)


“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna ) - 0:0

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)- 2:1 
Qollar: 
Mbombo, 10 (0:1), Berg, 37 (1:1), Karelis, 65 (2:1)


“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2 
Qollar: 
Mahmutoviç, 17 (0:1), Petrzela, 21 (0:2), İtzaki, 79 (1:2)

CSKA (Rusiya) - “Sparta” (Çexiya) - 2:2 
Qollar: 
Dzagoev, 14 (1:0), Fatai, 15 (1:1), Toşiç, 53 (2:1), Kreyçi,  57 (2:2)

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2 
Qollar: 
Salihi, 49 (0:1), 73-pen (0:2) 

“Midtilland” (Danimarka) - APOEL (Kipr) - 1:2 
Qollar:  
Vinsenti, 30 (0:1), 33 (0:2), Poulsen, 88 (1:2)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3 
Qollar: 
Kurzaşa, 64 (0:1), Qarillo, 72 (0:2), Nuzollo, 74 (1:2), Pasalik, 75 (1:3) 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right