"Qarabağ" "Seltik"lə oyun üçün iştirak ərizəsini təqdim etdi

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı "Seltik"lə oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun müəyyənləşdirdiyi siyahıda 25 futbolçu yer alıb.

"Qarabağ"ın yeni transferi Əfran İsmayılovun da adı "Seltik"lə oyunun iştirak ərizəsinə daxil edilib. Lakin viza ala bilməyən Ə.İsmayılov Şotlandiyaya aparılmayacaq. 

"Qarabağ"ın hücumçusu Namiq Ələsgərov isə zədəli olduğu üçün "Seltik"lə görüşdə komandasına kömək edə bilməyəcək. Onun adı iştirak ərizəsindən çıxarılıb.

 

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan

Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Daniel Kintana Sosa, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Alharbi Əl Jadeyaoui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev

Hücumçu: 29. Raydel Pupon


Ehtiyat oyunçular: 23. Tural Rzayev, 33. Eltun Turabov,





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right