"Qarabağ" Qlazqoda dəstəksiz qalmayacaq

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 29-da Şotlandiyanın "Seltik" klubunun qonağı olacaq. 

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Qlazqoda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaq.

Belə ki, bu oyunu izləməyə Şotlandiyada, eləcə də qonşu ölkələrdə yaşayan həmyerlilərimiz də gələcək. Ağdamlıları 250-yə yaxın fanatın dəstəkləməsi gözlənilir. Bunlardan 100-ə yaxını elə Şotlandiyada yaşayn həmyerlimizdir. Qalanları isə Böyük Britaniyanın digər şəhərlərindən və başqa ölkələrdən gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right