"Qarabağ" - "Seltik" matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Bakıda keçiriləcək oyun isveçli hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Martin Strömbergson olacaq. Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək. Dördüncü referi funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right