"Qarabağ" "Lex"i keçərsə, İsveçrə klubu ilə qarşılaşa bilər

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın mümkün rəqiblərinin sayı 5-ə enib.

Ağdam təmsilçisi "Lex"i keçəcəyi təqdirdə aşağıdakı klublardan biri ilə qarşılaşa bilər.

“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)

“Sürix” (İsveçrə)


Püşkatma bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right