"Seltik" - "Qarabağ": hakimlər müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Seltik" (Şotlandiya) -"Qarabağ"  matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın "Qarabağ"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Robert Şorgenhofer olacaq. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edəcək. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 29-da "Seltik Park" arenada keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right