"İnter" - "Hafnarfyordur" matçına 2 mindən çox bilet satılıb

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter"lə İslandiyanın "Hafnarfyordur" klubu arasındakı cavab matçına bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi bu oyun üçün 3 min bilet satışa çıxarmışdı.

Klubdan aldığımız məlumata görə, artıq biletlərin böyük əksəriyyəti - iki mindən çoxu satılıb. Yerdə qalan biletlərin də oyun saatına qədər alınacağı ehtimal olunur.

Qeyd edək ki, "İnter" - "Hafnarfyordur" matçı "İnter Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right