"Seltik"in baş məşqçisi: "Ən güclü rəqiblə qarşılaşacağıq"

"Styarnanla hər iki görüşdə qələbə qazanaraq mərhələ adladıq. Bu, önəmli idi. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq. "Qarabağ"la oyunlar tamamilə fərqli keçəcək".

Newsport.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiya çempionu "Styarnan"ı mübarizədən kənarlaşdıran (2:0, 4:1) "Seltik" növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.

39 yaşlı mütəxəssis "Qarabağ"la hər iki oyunun çətin keçəcəyini bildirib: "Qarabağ" yaxşı rəqibdir. Onların "Rudar"la bir matçını izlədim. Azərbaycan çempionu "Rudar"dan güclü idi. Çempionlar Liqasında mərhələ keçmək istəyirsənsə, qarşına çıxan bütün rəqibləri məğlub etməlisən. Bu mənada "Qarabağ"la hər iki oyun həm maraqlı, həm də çətin keçəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right