Ançelotti: "Azarkeşlər bizə çox kömək etdi"

"Real"ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 qalib gəldikləri oyun barədə danışıb.

Newsport.az-ın məlumatına görə, italiyalı məşqçi matçla bağlı bunları deyib:

"Buna inana bilmirəm. Fantastik mövsüm keçirdik. Yaxşı çıxış etdik. Çətin oyun oldu və xüsusilə, birinci hissədə çox əziyyət çəkdik. Hesab edirəm ki, biz bu turnirdə qalib olmağa layiq idik. Biz çox xoşbəxtik. Keçən il buraya gəlmək mənə qismət oldu və fantastik bir mövsüm keçirdim. Son matçda azarkeşlər bizə çox kömək etdi. Biz xoşbəxtik, onlar da xoşbəxtdirlər".

Karlo Ançelotti karyerasında 4-cü, “Real” isə tarixində 14-cü dəfə ÇL-in qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right