"İstanbulda otel bron edin" - Klopp

Yurgen Klopp baş məşqçisi olduğu "Liverpul"un növbəti mövsüm də Çempionlar Liqasının finalında oynayacağına əmindir.

Newsport.az-ın məlumatına görə, bu barədə mütəxəssis "BBC Sport"a açıqlamasında deyib: “Yenidən Çempionlar Liqasının finalında oynayacağımıza dair güclü hisslərim var. Futbolçular həqiqətən rəqabət aparırlar, əla komandadırlar və növbəti mövsümdə də belə olacaq. Növbəti mövsüm Çempionlar Liqasının finalı haradadır? İstanbulda? Otel bron edin”.

Qeyd edək ki, "Liverpul" dünən ÇL-in finalında "Real"a 0:1 hesabı ilə uduzub.

Əlavə edək ki, ÇL-də 2022/2023 mövsümünün finalı Türkiyənin İstanbul şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right