Ançelottidən möhtəşəm rekord

"Real"ın çalışdırıcısı Karlo Ançelotti baş məşqçi kimi Çempionlar Liqasında 4-cü qələbəsini qazanıb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssisin komandası həlledici matçda "Liverpul"u 1:0 hesabı ilə məğlub edib. Bu, Ançelottinin turnirdə 4-cü çempionluğu olub. Nəticədə Karlo Çempionlar Liqasında dörd dəfə çempionluq əldə edən ilk məşqçi adını qazanıb. O, Zinəddin Zidan və Bob Peyslini qabaqlayıb (3 qələbə).

62 yaşlı çalışdırıcı daha əvvəl "Milan"la 2 (2003, 2007), "Real"la 1 dəfə (2014) ÇL-in qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right