Vladan Miloyeviç: "Uduzmağa gəlməmişik"

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ" ilə cavab oyunundan əvvəl “Çukariçki”nin (Serbiya) baş məşqçisi Vladan Miloyeviçin iştirakı ilə mətbuat konfransı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, mütəxəssisin sabah baş tutacaq görüşlə bağlı bu sözləri deyib: 

“Azərbaycana ilk dəfə gəlsəm də, gözəl fikirlərlə gəlmişəm. Bakı haqda müsbət fikirdəyəm”. İlk oyunda 1:0 hesablı qələbə qazanmışıq. Buna baxmayaraq, sabah bizi fərqli oyun gözləyir. İstəməzdim ki, “Qəbələ” haqda çox danışım. Bu, beynəlxalq oyun olduğu üçün az danışmağa üstünlük verirəm. Azərbaycan klubunun istedadlı baş məşqçisi var. Bildiyimə görə, “Qəbələ” və “Qarabağ” ölkənin ən güclü komandalarıdı. Biz Bakıya yüksək səviyyəli oyun göstərməyə gəlmişik. Biz heç kimdən qorxmuruq. Sabah bütün fikrimizi öz oyunumuza yönəldəcəyik. Əminəm ki, Belqraddakı matçdan fərqli oyun göstərəcəyik”.
 
Çalışdırıcı əlavə edib ki, ilk görüşdən sonra “Qəbələ” haqda məlumatı artıb: “Qəbələ” Belqrada gələndə qalib gəlib və ya uduzacağını bilmirdi. Heç bir komanda səfərdə uduzmağı istəməz. İlk görüşdə də hər iki komanda qələbəyə köklənmişdi. Birinci oyundan sonra “Qəbələ” haqda böyük məlumata sahib olduq, komandaların gücünü bildik. “Qəbələ”nin heyətində həm güclü yerli, həm də legionerlər var”.
 
Qonaq komandanın baş məşqçisi “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun matçdan öncə iddialı danışmasına da toxunub: “Sizin komandanın baş məşqçisinin özündənəmin danışmasına sevinirəm. Yəqin onun öz strategiyası var. Amma biz də buraya uduzmağa gəlməmişik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right