“Bizi olduqca çətin oyun gözləyir” – Qurban Qurbanov

Çempionlar liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Rudar” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransları baş tutub. 

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçiriləcək oyun haqqında fikirlərini bildirib. Səfərə yaxşı nəticə üçün yollandıqlarını deyən təcrübəli mütəxəssis görüşün çətin olacağını da qeyd edib:  

“Bizi olduqca çətin oyun gozləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər.Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir . Təbii ki, biz bura uduzmağa yox yaxşı nəticə əldə etməyə gəlmişik və komandamız yaxşı nəticə üçün meydana çıxacaq”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right